Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin müavinini qəbul edib Regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
17 Fevral , 2015 16:27
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin müavinini qəbul edib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report” xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Söhbət zamanı iki ölkənin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib.

Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi