Azərbaycan Prezidenti Hindistanın dövlət başçısına başsağlığı verib

Azərbaycan Prezidenti Hindistanın dövlət başçısına başsağlığı verib “Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”
Xarici siyasət
28 İyul , 2015 16:54
Azərbaycan Prezidenti Hindistanın dövlət başçısına başsağlığı verib

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hindistan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı xəbəri məni çox kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Son xəbərlər

Orphus sistemi