Azərbaycan Prezidenti Finlandiya prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Finlandiya prezidentinə təbrik məktubu göndərib Prezident İlham Əliyev Sauli Niinistöyu Finlandiyanın Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət
5 Dekabr , 2014 18:51
Azərbaycan Prezidenti Finlandiya prezidentinə təbrik məktubu göndərib
Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm". 

Son xəbərlər

Orphus sistemi