Azərbaycan Prezidenti ekvadorlu həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti ekvadorlu həmkarına başsağlığı verib "Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi"
Xarici siyasət
18 Aprel , 2016 17:38
Azərbaycan Prezidenti ekvadorlu həmkarına başsağlığı verib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev ekvadorlu həmkarı Rafael Korrea Delqadoya başsağlığı verib. "Report"un məlumatına görə, başsağlığı mətnində deyilir:

"Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Son xəbərlər

Orphus sistemi