Azərbaycan Prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib “Bu xəbər məni olduqca kədərləndirdi”
Xarici siyasət
3 Mart , 2015 11:19
Azərbaycan Prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:

“Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi