Azərbaycan Prezidenti Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşüb Azərbaycan ilə İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib
Xarici siyasət
6 Aprel , 2015 15:48
Azərbaycan Prezidenti Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşüb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb. 

“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Son on ildə Bank ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirilib, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrin genişlənməsinə təkan verdiyi vurğulanıb. Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi