​Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

​Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib Əminliklə qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında bu layihə ilə bağlı əməkdaşlıq uğurla davam etdiriləcək
Xarici siyasət
17 Dekabr , 2014 14:34
​Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından məmnunluq ifadə olunub, bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə aparıldığı bildirilib. Əminliklə qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında bu layihə ilə bağlı əməkdaşlıq uğurla davam etdiriləcək.

Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi