Azərbaycan Prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib

Azərbaycan Prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib ​Görüşdə qeyd olunub ki, Böyük Britaniya şirkətləri Azərbaycanla metro tikintisi sahəsində əməkdaşlıq etmək istəyir
Xarici siyasət
2 Dekabr , 2014 14:51
Azərbaycan Prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisini qəbul edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğulayıb. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkədə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirib və bunu tərəfdaşlığın yaxşı əlaməti kimi dəyərləndirib. Dövlət başçısı İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğulayıb. Azərbaycan Prezidenti iki ölkə arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.

Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi