Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın dövlət başçısını təbrik edib "İki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək"
Xarici siyasət
24 Noyabr , 2015 18:48
Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın dövlət başçısını təbrik edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi