​Azərbaycan Prezidenti Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

​Azərbaycan Prezidenti Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib Stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi bildirilib
Xarici siyasət
9 Fevral , 2015 17:03
​Azərbaycan Prezidenti Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib. 

“Report” xəbər verir ki, görüşdə Azərbaycanda bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışılıb, paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl işlərin önəmi vurğulanıb. Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə təşkilatçılığı ilə ölkədə stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi bildirilib və bu cür tədbirlərin idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi