Azərbaycan PA rəhbərinin müavini FİFA-ya prezident seçkisini şərh edib

Azərbaycan PA rəhbərinin müavini FİFA-ya prezident seçkisini şərh edib "Çox maraqlıdır, siyasətdə istifadə olunan üsullar idmanda da asanlıqla tətbiq olunmağa başlayıb"
Xarici siyasət
30 May , 2015 11:42
Azərbaycan PA rəhbərinin müavini FİFA-ya prezident seçkisini şərh edib

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov dünən keçirilən FİFA prezidentinin seçkisini şərh edib.

"Report" xəbər verir ki, bu barədə N.Məmmədov öz "twitter" səhifəsində yazıb: 

"Çox maraqlıdır, siyasətdə istifadə olunan üsullar idmanda da asanlıqla tətbiq olunmağa başlayıb. Gizli səsvermə olduğuna görə, görünür, səslər yalnız Blatterə verilməyib. Bu ABŞ və Avropaya etirazdır". 

Qeyd edək ki, dünən FİFA-nın hazırkı prezidenti Yozef Blatter təşkilat daxilində böyük korrupsiya qalmaqalı fonunda yenidən bu vəzifəyə seçilib. 

Son xəbərlər

Orphus sistemi