​Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

​Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışılıb
Xarici siyasət
2 Fevral , 2015 15:48
​Azərbaycan Prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olunub, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olunub.

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışılıb, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olunub.

Son xəbərlər

Orphus sistemi