Azərbaycan Prezidenti: "Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik"

Azərbaycan Prezidenti: "Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik" Prezident İlham Əliyev: "Belə bir qətnamə qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər"
Xarici siyasət
3 İyun , 2016 16:09
Azərbaycan Prezidenti: Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik

Bakı. 3 iyun. REPORT.AZ/ "Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Prezident İlham Əliyev deyib ki, belə bir qətnamə qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər: "Azərbaycan həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanındadır. Biz ancaq Türkiyə ilə birlikdə güclüyük. Biz gücümüzü birləşdirir, böyük layihələr həyata keçiririk. Bu gün bu layihələri yenidən dəyərləndirdik".

Dövlət başçısı bildirib ki, Azərbaycan-Türkiyə ilə birliyini gücləndirəcək: "Biz gələcəkdə birliyimizi gücləndirəcəyik. Bütün böhranlara, krizlərə baxmayaraq, iqtisadiyyatı inkişaf edir, Türkiyə güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Biz bütün sizin uğurlarınza öz uğurlarımız kimi sevinirik. Bugünkü səfər və görüşlər, müzakirələr əminəm ki, gələcək illər üçün də gözəl şərait yaradacaq."

Son xəbərlər

Orphus sistemi