Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Nyu-Hempşir ştatının sabiq qubernatoru, ABŞ-ın sabiq Prezidenti Corc Buşun aparatının rəhbəri Con Sununu ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin indiki vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.