Bakı. 22 yanvar. REPORT.AZ/ Davosda Dünya İqtisadi Forumu çərçivəsində dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısı keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də keçirilən toplantıda iştirak edib.