Azərbaycan parlamentinin üzvləri Tacikistana gedir

Azərbaycan parlamentinin üzvləri Tacikistana gedir Deputatlarımız parlament seçkilərini müşahidə edəcək
Xarici siyasət
24 Fevral , 2015 20:15
Azərbaycan parlamentinin üzvləri Tacikistana gedir

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Azər Badamov və Rüfət Quliyev fevralın 27-dən martın 2-dək Tacikistana səfər edəcək.

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, deputatlar ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün MDB Parlament Assambletasının və İcraiyyə Komitəsinin xətti ilə paytaxt Düşənbənin bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, yeni seçki texnologiyalarının tətbiqi ilə maraqlanacaq.  

Son xəbərlər

Orphus sistemi