​Azərbaycan nümayəndəliyi: ATƏT DİİHB-nin hesabatı ölkədə seçkiqabağı vəziyyəti obyektiv əks etdirmir

​Azərbaycan nümayəndəliyi: ATƏT DİİHB-nin hesabatı ölkədə seçkiqabağı vəziyyəti obyektiv əks etdirmir Büronun 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti Azərbaycan tərəfində sual doğurur
Xarici siyasət
2 Sentyabr , 2015 01:25
​Azərbaycan nümayəndəliyi: ATƏT DİİHB-nin hesabatı ölkədə seçkiqabağı vəziyyəti obyektiv əks etdirmir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi təəssüflə bildirir ki, Azərbaycanın seçkilərdə şəffaflığın artırılması və onların ədalətli keçirilməsi istiqamətində atdığı addımlar ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) qiymətləndirmə missiyasının hesabatında öz əksini tapmayıb.

"Report" xəbər verir ki, bu barədə nümayəndəliyin bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ötən dəfələrdə olduğu kimi ATƏT DİİHB-nin qiymətləndirmə missiyasının hesabatı Azərbaycan cəmiyyətinin baxışlarının tam spektrını əks etdirmir və "bu, ATƏT DİİHB-nin Azərbaycana irimiqyaslı monitorinq missiyası göndərməsi üçün şüurlu səbəb ola bilməz".

Azərbaycan nümayəndəliyinin bəyanatında DİİHB metodologiyasının, xüsusilə seçki məntəqələrinin sayına və ya elektoratın ölçüsünə dair tövsiyə edilən uzunmüddətli və qısamüddətli müşahidəçilərin say nisbəti ilə əlaqədar fərq qoyularaq tətbiq olunması ilə bağlı narahatçılıq ifadə olunur.

Belə ki, Büronun Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti Azərbaycan tərəfində sual doğurur, DİİHB-nin təcrübəsinə uyğun deyil və onun seçkiləri müşahidə metodologiyasını sarsıdır.

"Yuxarıda qeyd olunanlar baxımından daimi nümayəndəlik təsdiq edir ki, Azərbaycan hakimiyyəti ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirərək 6 uzunmüddətli və 125 qısamüddətli ATƏT/DİİHB müşahidəçisi qəbul etməyə hazırdır", – deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi