Azərbaycan ilə Pakistan arasında məhkumların verilməsi haqqında saziş təsdiqlənib

Azərbaycan ilə Pakistan arasında məhkumların verilməsi haqqında saziş təsdiqlənib Prezident İlham Əliyev məhkumların verilməsi haqqında sazişin təsdiq edilməsi barədə qanun imzalayıb
Xarici siyasət
15 İyul , 2015 22:10
Azərbaycan ilə Pakistan arasında məhkumların verilməsi haqqında saziş təsdiqlənib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il martın 11-də Bakıda imzalanmış sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.

Prezident, həmçinin, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, 2015-ci il martın 11-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş"in Azərbaycan tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan Ədliyyə Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinə bu sənəddə göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat verilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi