Azərbaycan ilə Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiqlənib

Azərbaycan ilə Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiqlənib Xarici İşlər Nazirliyinə Əfqanıstana bildiriş göndərilməsini təmin etmək tapşırılıb
Xarici siyasət
7 Sentyabr , 2016 18:20
Azərbaycan ilə Əfqanıstan arasında hərbi yardım haqqında saziş təsdiqlənib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında Sazişin təsdiq edilməsi barədə" Fərman imzalayıb.

"Report"un xəbərinə görə, sənədə əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hərbi yardım haqqında 2016-cı il iyulun 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Dövlət Sərhəd Xidməti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi