Azərbaycan İƏT-in Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının üzvü seçilib

Azərbaycan İƏT-in Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının üzvü seçilib Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) noyabrın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CE
Xarici siyasət
7 Noyabr , 2022 15:17
Azərbaycan İƏT-in Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının üzvü seçilib

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) noyabrın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Omanın paytaxtı Muskat şəhərində keçirilən 10-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilərdə təmsil olunub və XRİTDX-nin idarə rəisi Tural Məmmədov növbəti dəfə ikiillik müddətə Direktorlar Şurasının üzvü seçilib.

Bu barədə "Report"a XRİTDX-dən məlumat verilib.

Bildirilib ki, qurultayda Azərbaycanın ötən illərdə Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, onun həm əməkdaşlıq baxımından, həm də idarə heyətinin təmsilçisi olaraq sahənin və digər üzv ölkə CERT-lərinin inkişafına dəstəyi, o cümlədən 2017-ci ildə İƏT ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.

2013-cü ildən İƏT CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ 2016-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İƏT CERT-lərinin 8-ci Qurultayından Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra İƏT CERT-lərin növbəti - 2023-cü il Beynəlxalq Konfransı üçün ev sahibi kimi Birləşmiş Ərəb Əmirliyi seçilib.

Son xəbərlər

Orphus sistemi