Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu qurumlarının rəhbərləri Tbilisidə toplaşacaqlar - EKSKLÜZİV

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu qurumlarının rəhbərləri Tbilisidə toplaşacaqlar - EKSKLÜZİV Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu layihənin statusu müzakirə olunacaq
Xarici siyasət
10 Fevral , 2016 14:51
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu qurumlarının rəhbərləri Tbilisidə toplaşacaqlar - EKSKLÜZİV

Tbilisi. 10 fevral. REPORT.AZ/ Fevralın 12-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu qurumları rəhbərlərinin növbəti toplantısı keçiriləcək.

Bu barədə "Report"a açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili məlumat verib.

Nazir deyib ki, görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, eləcə də bu layihənin statusu müzakirə olunacaq. Yolun tikintisinin tezliklə başa çatdırılması ilə bağlı lazımi qərarlar qəbul ediləcək.

Görüşdə, həmçinin üç ölkə arasında dəmir yolu daşınmaları, bu sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində dəmir yolu qurumları rəhbərlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi