Azərbaycan Eboladan zərər çəkmiş ölkələrə bir milyon dollar yardım ayıracaq

Azərbaycan Eboladan zərər çəkmiş ölkələrə bir milyon dollar yardım ayıracaq Səfir Yaşar Əliyev: "Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik"
Xarici siyasət
11 İyul , 2015 17:04
Azərbaycan Eboladan zərər çəkmiş ölkələrə bir milyon dollar yardım ayıracaq

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan hökuməti Ebola epidemiyası nəticəsində zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpasına bir milyon dollar ayırmaq niyyətindədir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

Y.Əliyev xatırladıb ki, Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə böyük problemlə üzləşib: "Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib. Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".

BMT-nin iqamətgahında Eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.

Son xəbərlər

Orphus sistemi