Azərbaycan bu il Tacikistana təqribən 380 min dollar məbləğində humanitar yardım göstərib

Azərbaycan bu il Tacikistana təqribən 380 min dollar məbləğində humanitar yardım göstərib Tacikistanın donor-ölkələri arasında Azərbaycanın payı 1,9% təşkil edib
Xarici siyasət
2 İyul , 2016 11:56
Azərbaycan bu il Tacikistana təqribən 380 min dollar məbləğində humanitar yardım göstərib

Bakı. 2 iyul. REPORT.AZ/ Tacikistan bu ilin ilk beş ayı ərzində Azərbaycandan təqribən 380 min dollar məbləğində humanitar yardım alıb.

"Report" "Asia-Plus" istinadən xəbər verir ki, Tacikistanın bu dövr ərzində 46 ölkədən aldığı humanitar yardımın ümumi məbləği 20 milyon dollar təşkil edib.

Tacikistan ən çox Çin, Rusiya və Pakistandan yardım alıb.

Bu baxımdan Tacikistanın donor-ölkələri arasında Azərbaycanın payı 1,9% təşkil edib.

Son xəbərlər

Orphus sistemi