Azərbaycan BƏƏ-də keçirilən “Beynəlxalq Xeyriyyə Bazarı 2016” adlı aksiyada iştirak edib

Azərbaycan BƏƏ-də keçirilən “Beynəlxalq Xeyriyyə Bazarı 2016” adlı aksiyada iştirak edib Azərbaycanın milli mətbəxinə aid masada dolma, plov, qutab, habelə paxlava və şəkərbura qonaqlara təqdim edilib
Xarici siyasət
25 Aprel , 2016 09:31
Azərbaycan BƏƏ-də keçirilən “Beynəlxalq Xeyriyyə Bazarı 2016” adlı aksiyada iştirak edib

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan BƏƏ-də keçirilən “Beynəlxalq Xeyriyyə Bazarı 2016” adlı aksiyada iştirak edib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, aksiya BƏƏ-nin qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, BƏƏ Ümumqadın İttifaqının sədri, Ailə İnkişafı Fondunun ali prezidenti, Ana və Uşaq məsələləri üzrə Ali Şuranın sədri Şeyxə Fatimə bint Mübarək Əl-Ketbinin himayəsi altında keçirilib.

Şeyxə Fatimə bint Mübarək Əl-Ketbi Azərbaycan guşəsi ilə tanış olan zaman ona Qarabağ xalçaları və kəlağayılar, o cümlədən sərgilənən digər eksponatlar barədə ətraflı məlumat verilib. Növbəti günlərdə qonaqlara iştirakçı ölkələr tərəfindən milli rəqs və mahnılar, eləcə də milli kulinariya nümunələri təqdim edilib.

Ermənistanın əsassız iddialarla mənimsəməyə can atdığı, Azərbaycanın milli-mədəni irsinin bir parçası olan “Sarı gəlin” rəqsi ziyarətçilər tərəfindən maraqla izlənilib. Rəqsin ardınca isə “Qarabağ şikəstəsi” səsləndirilib. Eyni zamanda Azərbaycanın milli mətbəxinə aid masada dolma, plov, qutab, habelə paxlava və şəkərbura qonaqlara təqdim edilib.

Yekunda ziyarətçilər arasında lotereya oynanılıb və qaliblərə iştirakçı ölkələr tərəfindən hədiyyələr təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi