Azərbaycan baş prokurorunun müavini beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan baş prokurorunun müavini beynəlxalq tədbirdə çıxış edib "Korrupsiyasız gələcək: bir məqsəd müxtəlif yanaşmalar” mövzusunda konfrans keçirilib
Xarici siyasət
18 May , 2015 17:07
Azərbaycan baş prokurorunun müavini beynəlxalq tədbirdə çıxış edib

Bakı. 18 may. REPORT.AZ/ Honq Konq şəhərində Çin Xalq Respublikasının Honq Konq xüsusi regionunun Müstəqil Antikorrupsiya Komissiyasinin təşkilatçılığı ilə "Korrupsiyasız gələcək: bir məqsəd müxtəlif yanaşmalar” mövzusunda konfrans keçirilib. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə baş prokurorun müavini - baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə habelə BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) və digər beynəlxalq təşkilatların, dünyanın qabaqcıl ölkələrinin müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və ekspertləri iştirak edib.

Kamran Əliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks tədbirlər barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Honq Konq Müstəqil Antikorrupsiya Komissiyasinin rəhbəri Simon YL Peh, Sinqapurun Korrupsiya İstintaq Bürosunun direktoru Vonq Honq Kuan və digər məsul şəxslərlə görüşlər keçirib.

Görüşlərdə Simon YL Peh Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə 2014-cü il iyunun 30-dan iyulun 1-dək Bakıda keçilən "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda beynəlxalq konfransa Honq Konq nümayəndə heyətinin dəvət edilməsinə və yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və beynəlxalq aləmdə Azərbaycan brendi kimi tanınan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini əks etdirən kitabçalar paylanıb.

Son xəbərlər

Orphus sistemi