Azərbaycan baş naziri və Ukrayna prezidenti bir sıra ikitərəfli layihələrin həyata keçirilməsini müzakirə edib

Azərbaycan baş naziri və Ukrayna prezidenti bir sıra ikitərəfli layihələrin həyata keçirilməsini müzakirə edib Tərəflər Azərbaycan və Ukraynanın ərazi bütövlüyü məsələsində bir-birini qətiyyətli və birmənalı dəstəklədiklərini təsdiqləyib
Xarici siyasət
14 İyul , 2016 16:26
Azərbaycan baş naziri və Ukrayna prezidenti bir sıra ikitərəfli layihələrin həyata keçirilməsini müzakirə edib

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıya rəsmi səfəri çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə görüşüb.

"Report" Ukrayna prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri üzrə geniş müzakirə aparıblar. O cümlədən, energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi məsələsinə toxunulub.

Tərəflər Azərbaycanın enerji resurslarının Ukrayna ərazisindən keçməklə Avropa İttifaqı ölkələrinə nəqli məsələsinə xüsusi diqqət yetiriblər. P.Poroşenko deyib ki, Ukraynanın bu layihənin səmərəli həyata keçirilməsi üçün müvafiq texnoloji potensialı var.

Dövlət başçısı, eyni zamanda Azərbaycanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində Ukrayna şirkətlərinin potensialından fəal şəkildə istifadə olunmasını təklif edib.

Görüş zamanı P.Poroşenko və A.Rasi-zadə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın və Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birini qətiyyətli və birmənalı dəstəklədiklərini təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi