Azərbaycan "Avronest" Parlament Assambleyasından çıxıb

Azərbaycan "Avronest" Parlament Assambleyasından çıxıb "Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin ölkəyə girişinə qadağa qoyulsun"
Xarici siyasət
14 Sentyabr , 2015 17:40
Azərbaycan Avronest Parlament Assambleyasından çıxıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi iclasının sonunda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz olaraq qərar qəbul edilib. 

“Report”un məlumatına görə, qərarda qeyd edilir ki, Avropa Parlementinin 2015-ci il sentyabrın 10-da qəbul etdiyi qətnamə son dərəcə təhqiramiz xarakter daşıyır: "Qətnamədə siyasi hakimiyyətə şər və böhtan atılıb, tərəfdaşlıq münasibətləri sarsıdılıb, Azərbaycanı Avropadan inteqrasiyadan təcrid etməyə yönəlib. Avropa Parlamenti ötən il formalaşan yeni tərkibindən sonra sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur. 

İndi Avropada davam edən mühacir problemi, irqçilik və ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək". 

Qətnamədə daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir: 

- Pozucu fəaliyyətlərə son qoyulsun;

- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəkilsin; 

- Azərbaycana qarşı konstruktiv addımlar atılsın;

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın; 

- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın; 

- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun". 

Qərar səsə qoyularaq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi