Prezident: "Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla müşahidə edir"

Prezident: "Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla müşahidə edir" "Avrasiya İqtisadi İttifaqının üzvləri ilə həm iqtisadi, həm də siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir"
Xarici siyasət
18 Oktyabr , 2016 12:22
Prezident: Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla müşahidə edir

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Biz prinsipcə özümüzü indiki mövqeyimizdə daha əmin hiss edirik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olması perspektivi ilə bağlı "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

"Bu mövzu ilə bağlı çoxdandır mütəxəssislər, müxtəlif dövlətlərin siyasi elitası arasında danışıqlar gedir Belə deyim: prinsipcə indiki mövqeyimiz bizi qane edir... Ona görə də biz hələ ki, tendensiyanı izləyirik. Əlbəttə, İttifaq cəlbedici olarasa, ora çoxlarını özünə cəzb edəcək. Odur ki, heç nəyi istisna etmək olamz. Mən indiki mərhələni belə xarakterizə edərdim", - deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla müşahidə edir: "Avrasiya İqtisadi İttifaqının üzvləri ilə həm iqtisadi, həm də siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün bizə motivasiya olmaq lazımdır. Biz hazırda bu istiqamətdə işləyirik".

Son xəbərlər

Orphus sistemi