Azərbaycan 10 ölkənin vətəndaşları üçün viza prosedurunu sadələşdirib

Azərbaycan 10 ölkənin vətəndaşları üçün viza prosedurunu sadələşdirib Bu qaydalar 2015-ci il noyabrın 10-dan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir
Xarici siyasət
25 Yanvar , 2016 19:17
Azərbaycan 10 ölkənin vətəndaşları üçün viza prosedurunu sadələşdirib

Bakı. 25 yanvar. REPORT.AZ/ Fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək. 

Bu barədə "Report"a  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu addım Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə atılıb. 

Qeyd edək ki, bu qaydalar 2015-ci il noyabrın 10-dan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir.

Son xəbərlər

Orphus sistemi