​Azay Quliyev UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

​Azay Quliyev UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb Şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb
Xarici siyasət
4 Mart , 2015 20:07
​Azay Quliyev UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bakı. 4 mart. REPORT.AZ/  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında BMT-nin Uşaq Fondu (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze və Fondun Uşaqların Müdafiəsi proqramının rəhbəri Ramiz Behbudovla görüş keçirilib. 

Şuradan "Report"a verilən məlumata görə, A.Şilakadze Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, təmsil etdiyi qurumun Şəmkir, Şirvan və Qəbələdəki QHT Təlim və Resurs Mərkəzləri, eləcə də uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən digər QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirmək istədiyi layihələr haqqında da fikirlərini söyləyib.

Qonaqlar QHT haqqında qanunvericiliyə edilən əlavə və dəyişiklərdən sonra BMT-nin tərkib hissəsi olan UNİCEF, UNDP-in fəaliyyət imkanlarının vəziyyəti ilə maraqlandıqlarını deyiblər.

Şura sədri, millət vəkili Azay Quliyev Şuranın QHT sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında qonaqlara ətraflı məlumat verib. Azay Quliyev Fondun ölkədəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və Azərbaycan qanunvericiliyində edilən son dəyişikliklərin QHT sektorunda şəffaflığın, effektiv idarəetmənin və hesabatlılığın təminatına xidmət etdiyini qeyd edib.

Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib və Şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi