Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunla görüşüb. Şuranın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir İsmayıl Alpər Coşqun qurumun və ölkənin QHT sektorunun fəaliyyətini diqqətlə izlədiklərini bildirib.
Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun vətəndaş cəmiyyətinin inkişafı istiqamətində keçən il həyata keçirdiyi fəaliyyət haqqında səfirə məlumat verərək, qarşıdakı dövrdə də Azərbaycan dövlətinin QHT-lərə verdiyi hərtərəfli dəstəyin davam edəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib, vətəndaş cəmiyyəti inistitutlarının milli mövzularda fəaliyyətinin əlaqələndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.