Azad Rəhimov: "Azərbaycan gənclərə investisiya yatırılmasında maraqlıdır"

Azad Rəhimov: "Azərbaycan gənclərə investisiya yatırılmasında maraqlıdır" "Azərbaycan multikultural cəmiyyətə sadiqliyini sübut edə bilib"
Xarici siyasət
25 Aprel , 2016 10:07
Azad Rəhimov: Azərbaycan gənclərə investisiya yatırılmasında maraqlıdır

Bakı. 25 aprel. REPORT.AZ/ "Bu il Gəncə Avropanın gənclər paytaxtı elan edilib. Bundan başqa, gələn il 1000 skaut Azərbaycanda skautlar forumunda iştirak edəcək. Bütün bunlar ölkənin gənclərə investisiya yatırılmasında maraqlı olduğunu göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən gənclər forumunda çıxışı zamanı deyib. O, çıxışında Azərbaycanda Gənclər Fondunun yaradılmasını xüsusi qeyd edib.

Bundan başqa, nazir bu gün dünyada minlərlə gəncin münaqişələr və ya kimlərinsə öz məqsəd və istəklərinə nail olmaq üçün digər ölkələri ələ keçirmək cəhdləri nəticəsində həlak olduğunu bildirib.

O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində mədəni abidələrin məhv edildiyini, lakin Azərbaycanın multikultural cəmiyyətə sadiqliyini sübut edə bildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi