Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycana gələcək

Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycana gələcək Nils Muyjniyeks rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək
Xarici siyasət
17 Oktyabr , 2014 17:16
Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycana gələcək
Bakı. 17 oktyabr. REPORT.AZ/ Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Nils Muyjnieks gələn həftə Azərbaycana gələcək. Avropa Şurasının mətbuat xidmətindən "Report"a bildirilib ki, oktyabr ayının 22-24-də gerçəkləşəcək səfəri zamanı N.Muyjnieks rəsmi şəxslər, Azərbaycanın mülki cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlərdə ölkədə insan hüquqları ilə bağlı vəziyyət müzakirə olunacaq.

Bu səfər AŞ komissarının bu ayda Cənubi Qafqaza etdiyi ikinci səfəri olacaq. Oktyabr ayının əvvəllərində N.Muyjnieks Ermənistana səfər edib.

Son xəbərlər

Orphus sistemi