Avropa Şurasının Ofis rəhbəri: "Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub"

Avropa Şurasının Ofis rəhbəri: "Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub" "Mən ilk növbədə seçkilərin demokratik keçirilməsini arzu edirəm"
Xarici siyasət
8 Dekabr , 2014 13:08
Avropa Şurasının Ofis rəhbəri: Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ “Azərbaycan və Avropa Şurası arasında 2014-2016-cı illə bağlı Fəaliyyət Planı həyata keçiriləcək. Fəaliyyət Planında seçki qanunvericiliyinin beynəlxalq standartlarına uyğun olması, seçki mübahisələrinin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun həlli də əksini tapıb. Mən ilk növbədə seçkilərin demokratik keçirilməsini arzu edirəm”. “Report”un məlumatına görə, bunu Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Draqana Filipoviç deyib.

Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçirilən informasiya sessiyasında Draqana Filipoviç qeyd edib ki, Avropa Şurasının seçkilərlə bağlı Venesiya Komissiyası var və onun tövsiyələri diqqətlə dinlənilir: “Venesiya Komissiyası standartları müəyyən edir və tövsiyələr verir. Venesiya Komissiyası 2008-ci ildə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyə verib. Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub, ancaq hər zaman bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır”.

Son xəbərlər

Orphus sistemi