Bakı. 28 sentyabr. REPORT.AZ/ İspaniya Parlamentinin deputatı Pedro Aqramunt
"Report" xəbər verir ki, P.Aqramunt bu gün AŞPA-nın payız sessiyası çərçivəsində qurumda ən böyük qrup olan Avropa Xalq Partiyasının prezidenti seçilib.
Bununla da o, 2016-cı ilin yanvar ayından etibarən avtomatik olaraq AŞPA-nın prezidenti olacaq.
Xatırladaq ki, P.Aqramunt AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub.