​Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi missiyası göndərməyəcək

​Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi missiyası göndərməyəcək Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də keçiriləcək
Xarici siyasət
3 Sentyabr , 2015 16:38
​Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi missiyası göndərməyəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Avropa Parlamenti Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün nümayəndə heyəti göndərməyəcək.

Bu barədə "Report"a Avropa Parlamentinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də baş tutacaq.

Bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan tərəfi ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyən beynəlxalq təşkilatlara dəvət göndərib.

2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində ATƏT, AŞPA, Avropa Parlamenti, MDB və digər qurumların missiyaları iştirak edib.

Son xəbərlər

Orphus sistemi