Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb

Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb 2014-cü illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı azalıb
Xarici siyasət
28 Yanvar , 2016 15:13
Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 30 qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə AİHM-ın “2015-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 268 ərizə təqdim olunub. Onların 123-ü qəbul olunmayıb, 30-u üzrə isə qərar çıxarılıb.

2014-cü illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ildə AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunmuşdu, onların 245-i qəbul olunmamış, 11-i üzrə isə qərar çıxarılmışdı.

2015-ci ildə 106 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2015-ci il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1522 ərizə daxil olub.

Son xəbərlər

Orphus sistemi