Bakı. 11 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard sentyabrın 11-də
Məlumata görə, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Malena Mardın diqqətinə çatdırıb ki, sentyabrın 10-da Avropa Parlamenti tərəfindən qəbul edilən qətnaməni Azərbaycan kəskin şəkildə qınayır: "Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.
Plenar iclasda Avropa Parlamentinin bəzi üzvləri tərəfindən də deyildiyi kimi, aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan plenar iclasda tələm-tələsik səsvermə yolu ilə qətnamənin tez bir şəkildə qəbulu bir sıra prosedur çatışmazlıqları ilə müşayiət olunub. Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunan məlumatlarla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirir və onların əsl mahiyyətinin ziddinə olaraq əsassız iddialar irəli sürür".
Nazir müavini bildirib ki, həmçinin, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir: "Lakin Avropa Parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı, qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz.
Bu aydın şəkildə təsdiq edir ki, belə bir sənədin qəbulu Azərbaycanın artan beynəlxalq nüfuzunun zədələnməsini qarşısına yeganə məqsəd qoyan maraqlı məhdud qüvvələrin marağına xidmət edir".
M.Məmməd-Quliyev bildirib ki, eyni zamanda, qətnamədə istifadə olunan “
Hesab edirik ki, Avropa Parlamenti tərəfindən BMT-nin insan hüquqları mexanizmləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Aİ üzv dövlətində müəyyən edilmiş həddən artıq gücdən istifadə, hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, ayrı-seçkilik və dözümsüzlük, İslamofobiya, korrupsiya, miqrasiya problemləri və sair bu kimi sistemli insan hüquqları zorakılıqlarına zəruri diqqətin ayrılması daha məqsədəuyğun olardı.
Avropa Komissiyasının Avropa Parlamentini bu qınaq obyekti olan qətnamənin səsverməyə çıxarılmasının qarşısının alınması üçün ciddi addımlar atmaması təəssüf doğurur. Əksinə olaraq, Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin bu yaxınlarda verdikləri açıqlamalar bu prosesə öz mənfi təsirini göstərdi".
Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirib.