Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin şərəfinə ziyafət verilib.
"Report"un məlumatına görə, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ziyafətdə iştirak edib.