​Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfəri başa çatıb

​Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfəri başa çatıb Donald Tusk səfər çərçivəsində bir sıra görüşlər keçirib
Xarici siyasət
22 İyul , 2015 17:08
​Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfəri başa çatıb

Bakı. 22 iyul. REPORT.AZ/ Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri başa çatıb.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda D.Tusku Azərbaycanın rəsmi şəxsləri yola salıblar.

Xatırladaq ki, səfər zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Bundan əlavə, D.Tusk Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Azərbaycana səfərdən öncə D.Tusk Ermənistan və Gürcüstana səfər edib.

Son xəbərlər

Orphus sistemi