Avropa İttifaqı Azərbaycanda keçirilmiş referendumla bağlı bəyanat yayıb

Avropa İttifaqı Azərbaycanda keçirilmiş referendumla bağlı bəyanat yayıb "Avropa İttifaqı Azərbaycanla dialoqu davam etdirəcək"
Xarici siyasət
28 Sentyabr , 2016 10:32
Avropa İttifaqı Azərbaycanda keçirilmiş referendumla bağlı bəyanat yayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum keçirilib. Avropa Şurası Parlament Assambleyasının xüsusi qiymətləndirmə missiyasının ilkin nəticələrinə görə, vətəndaşların əksəriyyəti rahat şəraitdə referenduma çıxarılmış 29 məsələnin hamısının lehinə səs verib".

"Report" xəbər verir ki, Avropa İttifaqının mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir.

"Avropa İttifaqı Azərbaycanla dialoqu davam etdirəcək", - bəyanatda vurğulanır.

Son xəbərlər

Orphus sistemi