Bakı. 8 iyul. REPORT.AZ/ Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyanın "Chatham House" institutuna açıq məktub göndərib. Bu barədə "Report"a cəmiyyətdən məlumat verilib.
Məktubda
Məktubda deyilir: "Bu hadisənin Ermənistanla Azərbaycan arasındakı
Siz çox yaxşı bilirsiniz ki, Bako Saakyan dünyada heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin təmsilçisidir. O, BMT, Avropa Şurası, NATO və bir çox digər təşkilatların Azərbaycan torpaqlarının işğalını dayandırmağı və hər şeyindən məhrum olmuş sakinlərin öz yurdlarına qayıtmasını tələb edən qətnamələrini təkzib edən silahlı qüvvələri təmsil edir. O, heç bir beynəlxalq hökumət tərəfindən tanınmayan qondarma seçkilər əsasında vəzifə tutmaq iddiasındadır və məhz o, öz ailələrinin qəbirlərini ziyarət etməyə gedərkən (həmin vaxt onların dostu da öldürüldü) girov götürülmüş iki azərbaycanlının saxlanmasında məsuliyyət daşıyır.
Bako Saakyan da, şübhəsiz, Gürcüstandakı və bu gün Ukraynada Donbas və Luqanskda günün mövzusu olan separatçılarla eyni rolu oynayır və eyni xidməti göstərir. Bunun da çətin ki, sözügedən regionlarda stabilliyə faydası olsun.
TEAS sizdən xahiş etdi ki, ən azından bu keçmiş KQB rəhbərinin qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün bizə də icazə verəsiniz. Beynəlxalq Məsələlərə dair Kral İnstitutuna uzun müddət üzv olmağımıza baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz.
Sizlər Sizə olan etimadı itirdiniz, siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız.
Buna görə də biz zorakı qüvvələr siyasətinə qarşı olan insanlara müraciət edirik ki, bugün “Chatham House” un qarşısında keçirəcəyimiz etiraz aksiyasında bizə qoşulsunlar".