ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası oktyabrın 3-də Cenevrədə başlayacaq

ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası oktyabrın 3-də Cenevrədə başlayacaq ATƏT PA sessiyası Ukrayna üzrə kontakt qrupun iclası olmadan keçiriləcək
Xarici siyasət
1 Oktyabr , 2014 18:06
ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası oktyabrın 3-də Cenevrədə başlayacaq

Bakı. 1 oktyabr . REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının payız sessiyası Cenevrədə oktyabr ayının 3-də Ukraynada vəziyyətin müzakirəsi ilə açılacaq. "Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilatın 50 ölkəsindən 450-yə yaxın deputat iştirak edəcək. 

Məlumatda deyilir ki, Ukrayna üzrə beynəlxalq parlamentlərarası kontakt qrupunun forum çərçivəsində keçirilməsi planlaşdırılan ilk iclası başqa vaxta keçirilib. Görüşün vaxtı və yeri haqqında məlumat verilmir.

Ukrayna üzrə parlamentlərarası kontakt qrupu Rusiyanın təşəbbüsü ilə bu ilin iyun ayında ATƏT PA-nın Bakıda keçirilmiş sessiyasında yaradılıb. Qrup Ukraynada gərginliyin azaldılması və böhrandan çıxması məqsədilə qurulub.

Son xəbərlər

Orphus sistemi