ATƏT-in Minsk qrupunun həmsədri Uorlik Böyük Britaniyaya gedib

ATƏT-in Minsk qrupunun həmsədri Uorlik Böyük Britaniyaya gedib Ceyms Uorlik NATO sammitində iştirak edəcək
Xarici siyasət
4 Sentyabr , 2014 09:48
ATƏT-in Minsk qrupunun həmsədri Uorlik Böyük Britaniyaya gedib
Bakı. 4 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik Böyük Britaniyaya gedib. Report həmsədrin Tvitter səhifəsinə istinadən xəbər verir ki, D.Uorlik sentyabr 4-5-də Uelsdə keçiriləcək NATO sammitində iştirak edəcək. 

Qeyd edək ki, bir müddət əvvəl "Aykakakn Jamanak" erməni qəzeti Prezident administrasiyasına yaxın mənbələrinə istinadən xəbər verib ki, Ermənistan prezidenti Serj Sarqsyan NATO sammiti çərçivəsində bu həftə Uelsin paytaxtı Kardiffdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə razılıq verib. Xəbərə əsasən, görüşün təşəbbüskarı - ABŞ Dövlət katibi Con Kerridir. Lakin prezidentlərin görüşü ilə bağlı məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi