Bakı. 9 fevral. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası fevralın 18-20-də Vyanada keçiriləcək. "Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı deputatlar Daimi Komitənin, eləcə də ATƏT PA-nın üç ümumi komitənin iclasında iştirak edəcək, beynəlxalq gündəliyin aktual məsələlərini, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
ATƏT-in Ukrayna və onun ətrafında münaqişəyə münasibət sessiyanın xüsusi müzakirələr mövzusu olacaq.
Fevralın 19-da siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasında giriş sözü ilə komitənin sədr müavini, azərbaycanlı deputat Azay Quliyev çıxış edəcək.