ATƏT PA-nın rəhbəri Azərbaycana səfər edəcək

ATƏT PA-nın rəhbəri Azərbaycana səfər edəcək Səfər yanvarın 24-25-də olacaq
Xarici siyasət
20 Yanvar , 2016 10:30
ATƏT PA-nın rəhbəri Azərbaycana səfər edəcək

Bakı. 20 yanvar. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanerva Azərbaycana səfər edəcək. “Report”un xəbərinə görə, bu barədə jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verib.

O, səfərin yanvarın 24-dən 25-dək davam edəcəyini bildirib: “Səfər çərçivəsində bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq”. 

Son xəbərlər

Orphus sistemi