ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu həftə Azərbaycana gələcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu həftə Azərbaycana gələcək Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
Xarici siyasət
23 May , 2016 13:07
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu həftə Azərbaycana gələcək

Bakı. 23 may. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin mayın 27-də Azərbaycana gələcək.

Bu barədə "Report"a ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

Bakıya səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycan və ATƏT PA-nın əməkdaşlıq perspektivlərini, regional məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Qeyd edək ki, K.Vigenin bu gün regional səfər çərçivəsində Ermənistana gedib, mayın 25-də isə o, Gürcüstana səfər edəcək.

Son xəbərlər

Orphus sistemi