ABŞ səfiri: "ATƏT MQ həmsədrləri danışıqlar prosesini irəliyə aparmaq üçün səylə çalışırlar"

ABŞ səfiri: "ATƏT MQ həmsədrləri danışıqlar prosesini irəliyə aparmaq üçün səylə çalışırlar" "Girovların azad edilməsi irəliyə addım atılması üçün yaxşı humanist jest olardı"
Xarici siyasət
10 Mart , 2015 18:35
ABŞ səfiri: ATƏT MQ həmsədrləri danışıqlar prosesini irəliyə aparmaq üçün səylə çalışırlar

Bakı. 10 mart. REPORT.AZ/ "Biz azərbaycanlı girovlarla bağlı məsələni gündəmdə saxlayırıq". "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilgəm Əsgərov haqqında sualı şərh edərkən bildirib. 

Səfir xatırladıb ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Ermənistana səfəri zamanı bu məsələni qaldırıb: "Biz hesab edirik ki, girovların azad edilməsi irəliyə addım atılması üçün yardım edəcək yaxşı humanis jest olardı". 

Səfir jurnalistlərin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin formatının dəyişdirilməsi ehtimalına dair sualını şərh edərkən  bildirib: "Amerika tərəfinin Minsk qrupu həmsədrlərinə etimadı var. Mənim həmkarlarımdan biri ABŞ tərəfdən Minsk qrupunun həmsədridir. Mən bilirəm ki, onlar danışıqlar prosesini irəli aparmaq üçün səylə çalışırlar. Biz hamımız əvvəlki kimi sülh yolu ilə münaqişənin həllinin tərəfdarıyıq və bunun üçün maksimum səy göstəririk. Lakin münaqişəyə cəlb olunan tərəflərin də siyasi iradəsi tələb olunur". 

Son xəbərlər

Orphus sistemi