ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir Mədinə Carbusınova Azərbaycanla ATƏT arasında insan alverinə qarşı mübarizədə əməkdaşlığa dair məsələləri müzakirə edəcək
Xarici siyasət
9 Mart , 2015 17:43
ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Mədinə Carbusınova Azərbaycana səfərə gəlir. Diplomatik mənbədən "Report"un əldə etdiyi məlumata görə, beşgünlük səfər çərçivəsində M.Carbusınova Bakıda rəsmi şəxslərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlər zamanı Azərbaycanla ATƏT arasında insan alverinə qarşı mübarizədə əməkdaşlığa dair məsələlərin müzakirə ediləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi