ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda atılan addımlar gücləndirilməlidir"

ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda atılan addımlar gücləndirilməlidir" Ştaynmayer: "Almaniya ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir"
Xarici siyasət
14 Yanvar , 2016 17:57
ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda atılan addımlar gücləndirilməlidir

Bakı. 14 yanvar. REPORT.AZ/ "Almaniya ATƏT-in sədri və Minsk qrupunun üzvü kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir. Bu istiqamətdə atılan addımlar təbii ki, gücləndirilməlidir".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı deyib.

O, bütövlükdə regiondakı vəziyyətdən və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması hallarından narahatlığını bildirib: "Belə məqamda münaqişənin gərginliyinin azaldılması üçün tədbirlər görmək lazımdır".

Çıxışı zamanı Almaniyanın ATƏT-ə sədrliyinin ən aktual məsələlərinə toxunan nazir bunun çox çətin dönəmə - miqrasiya böhranı, Ukrayna, Yaxın Şərqdə münaqişələr dövrünə təsadüf etdiyini qeyd edib.

Onun sözlərinə görə, ATƏT məkanında münaqişələr təşkilatı zəiflədib. Xarici işlər naziri hesab edir ki, konstruktiv dialoq təşkilat daxilində sabitliyi bərpa etməyə yardım edəcək.

Son xəbərlər

Orphus sistemi